Ordubadda qaz xəttinə ziyan dəyib, 11 kəndə mavi yanacağın verilişi dayandırılıb
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kəndində yerləşən su elektrik stansiyasının gölündə suyun tam buraxılması nəticəsində qaz xəttinə ziyan dəyib.
Crossmedia.az bu barədə xəbər verir ki, nəticədə Ordubad rayonunun Gilançay, Biləv, Bəhrud, Parağa, Parağaçay, Tivi, Nəsirvaz, Bist, Ələhi, Xurs və Nürgüt kəndlərinə qazın təchizatı müvəqqəti dayandırılıb.
Qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür. (REPORT)
22:34 16.06.2026
Oxunuş sayı: 41