Tovuzda gənc oğlan çayda batdı
Tovuz rayonunda gənc oğlan çayda çimərkən batıb.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb.
Ağdam rayon sakini - 2004-cü il təvəllüdlü İlham Şirinov Tovuz çayında çimərkən boğulub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəlb ediliblər. Hazırda şəxsin axtarışları davam etdirilir. (oxu)
16:30 16.06.2026
Oxunuş sayı: 49