Sabah çimərliklərdə gözlənilən hava şəraiti AÇIQLANIB
Milli Hidrometeorologiya Xidməti sabah Abşeron çimərliklərində gözlənilən hava şəraitini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Xidmətdən verilən məlumata görə, iyunun 17-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 21-22, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti olacaq.
15:47 16.06.2026
Oxunuş sayı: 49