“Turan-Tovuz” Avropa kuboklarından kənarlaşdırıldı
İdman Arbitraj Məhkəməsi (CAS) Azərbaycan klubunun UEFA Konfrans Liqasının təsnifat mərhələsinə buraxılmaması ilə bağlı verdiyi apellyasiya şikayətini rədd edib.
Crossmedia.az xəbər verir ki, UEFA-nın əvvəlki qərarı qüvvədə saxlanılıb və “Turan-Tovuz” cari Avropa kubokları mövsümündə iştirak etməyəcək.
Qərarın əsas səbəbi kimi klubun danışılmış oyunlarda iştirakla bağlı ittihamlar göstərilir.
09:14 16.06.2026
Oxunuş sayı: 44