Azərbaycanın U-19 millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının 2026/2027 mövsümü üzrə II seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.
Crossmedia.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan U-19 Serbiya, Monteneqro və Farer Adaları yığmaları ilə mübarizə aparacaq.
Qrup mərhələsinin oyunları 11-17 noyabrda Serbiyada keçiriləcək.
17:43 15.06.2026
Oxunuş sayı: 48