Rusiya Gürcüstanla yaxınlaşır - Moskvadan "gəl-gəl" mesajı
Son günlər Rusiya–Gürcüstan münasibətləri ətrafında verilən açıqlamalar yenidən diqqət mərkəzinə düşüb. Müzakirələr əsasən Moskvanın Tbilisi ilə əməkdaşlıq perspektivləri və Avropa ilə münasibətlər fonunda regiondakı siyasi balans dəyişiklikləri ilə bağlıdır.
Ötən gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Avropa diktatına qarşı mövqe sərgiləyən Gürcüstanla qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti ölkənin suverenliyi və dövlət ləyaqətinin bərpası istiqamətində seçim edib və Rusiya bu prosesi anlayışla qarşılayır.
Politoloq Turab Rzayev Crossmedia.az-a açıqlama verib:

"Bu mesaj iki istiqamətdə dəyərləndirmək lazımdır. Birinci istiqamət odur ki, əgər Zaxarova Gürcüstan ilə bağlı geniş açıqlama veribsə bu Gürcüstanla münasibətləri möhkəmləndirməyə, Rusiyadan qaçma meyillərinə qarşı əvvəlcədən tədbir almaq, ölkədə kimin söz sahibi olduğunu daşıyır. Hazırkı dövrdə Ermənistanda Paşinyan qələbə çaldı və Qərblə əməkdaşlıq tərəfdarları qalib gəldilər. Bu Rusiyada paranoya yaradır. Bundan sonra Gürcüstanda vətəndaş etirazlarından çəkinilir".
T.Rzayevin sözlərinə görə, Ermənistanın Rusiyanın əməkdaşlığından uzaqlaşmaq istədiyi bir dövrdə Gürcüstanka münasibətərləri xüsusi vurğulanması əlavə diqqət çəkir:
"Gürcüstanın öz süverenliyini bərpa etməsi, Qərbdən gələn təzyiqlərə boyun əyməməsi ilə mesaji konkret olaraq Ermənistana göndərdiyini görürük".
Fatimə Məmmədova
11:00 12.06.2026
Oxunuş sayı: 53