Sumqayıtda 3x3 basketbol üzrə beynəlxalq turnir keçiriləcək
Sumqayıtda 3x3 basketbol üzrə "Women"s Series" beynəlxalq turniri keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Məlumata görə, yarış iyunun 20–21-də Sumqayıt Bulvarında baş tutacaq. Azərbaycanı turnirdə qadınlardan ibarət milli komanda və "Neftçi SOCAR" təmsil edəcək.
Mükafatlar uğrunda həmçinin Almaniya, Çin, Avstraliya, Avstriya, Ukrayna, Yaponiya, Çili, "Yanjing" (Çin), Slovakiya, Tailand, Misir, Sloveniya, Litva və Paraqvay komandaları mübarizə aparacaq.
20:40 11.06.2026
Oxunuş sayı: 46