“İdrak” liseyində müəllimin güllələnməsi ilə bağlı silahın sahibi də cinayət məsuliyyətinə cəlb olunub
“İdrak” liseyində müəllimin güllələnməsi ilə bağlı silahın sahibi də cinayət məsuliyyətinə cəlb olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun “Instagram” səhifəsində yayımlanan canlı yayımda Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin rəis müavini, Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev məlumat verib.
O bildirib ki, cinayət işi artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
“Silahın sahibi ilə bağlı da cinayət təqibi aparılır. Nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, hadisə fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib. Liseyin 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllimə xəsarət yetirib.
13:46 11.06.2026
Oxunuş sayı: 61