Nərimanovda baş verən yanğın məhdudlaşdırılıb- YENİLƏNİB
Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Bu barədə Crossmedia.az-a fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
11:30
Bakıda obyekt yanır.
Crossmedia.az xəbər verir ki bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
12:06 11.06.2026
Oxunuş sayı: 43