Yasamalda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb -YENİLƏNİB
Bakının Yasamal rayonunda, Həsən bəy Zərdabi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasındakı obyektdə baş vermiş yanğın söndürülüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
FHN-dən bildirilib ki, qurumun qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb və alov qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri FHN əməkdaşları tərəfindən təxliyə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
19:13
Bakının Yasamal rayonunda yerləşən obyektdə yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə rayonun Həsən bəy Zərdabi küçəsində yerləşən obyektdə yanğın olması barədə məlumat daxil olub.
Məlumat əsasında dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
20:30 10.06.2026
Oxunuş sayı: 61