Azərbaycan millisi Pakistan üzərində qələbə qazanıb
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib.
Crossmedia.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Ruy Jorjenin rəhbərlik etdiyi komanda Pakistan yığması ilə üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda baş tutan matç millinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Komandanın heyətində 31-ci dəqiqədə Hikmət Cəbrayılzadə fərqlənib.
20:24 09.06.2026
Oxunuş sayı: 55