İran millisindən 168 rəqəmli mesaj: məktəbli qızların xatirəsi anıldı
İran milli futbol komandası 2026-cı il Dünya Çempionatına hazırlıq çərçivəsində Türkiyənin Antalya şəhərində keçirdiyi təlim-məşq toplanışını başa vuraraq Meksikaya yollanıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, komanda hava limanında media nümayəndələri tərəfindən qarşılanarkən futbolçuların yaxalarında “168” rəqəmi olan nişanlar diqqət çəkib.
Məlumata görə, bu rəqəm İranın Minab şəhərindəki qızlar məktəbinə endirilən zərbə nəticəsində həlak olduğu bildirilən 168 məktəbli qızın xatirəsinə həsr olunub.
Futbolçuların bu addımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi bunu faciə qurbanlarının xatirəsinə göstərilən ehtiram jesti kimi qiymətləndirib.
Qeyd edək ki, İran millisi Dünya Çempionatı öncəsi hazırlıqlarını Meksikada davam etdirəcək və bir sıra yoxlama görüşləri keçirəcək.
12:42 09.06.2026
Oxunuş sayı: 57