Yeni dövr başlayır: Türkiyə Ermənistanla sərhədi açacaq
ERmənistanda keçirilək parlament seçkilərinin yekun nəticələri iyunun 14-də açıqlanacaq. Hazırkı rəqəmlər isə baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasının rəqiblərini qabaqladığını göstərir. Böyük ehtimalla yekun nəticələrdə də analoji mənzərə ortaya qoyulacaq. Hərçənd sürprizlər də istisna deyil.

Türkiyəli politoloq Hüseyn Şeyhanlıoğlu hazırkı durum və perspektivlər barədə Crossmedia.az-a danışıb: "Ermənistan xalqı böyük Ermənistan xəyalının və Rusiyanın maraqlarına uyğun olaraq Qarabağın işğalının uzunmüddətli perspektiv üçün onlarıın mənfəətlərinə cavab vermədiyini anlayıb. Ermənistanın qərbində Türkiyə, şərqində Azərbaycan var. Ümumiyyətlə, Ermənistan coğrafi baxımından müsəlmanlarla əhatə olunub. Ermənistanın parlament seçkilərində üstünlük əldə edən baş naziri, "Mülki Müqavilə" partiyasının rəhbəri Nikol Paşinyan başa düşür ki, belə olan halda rəsmi İrəvanın nə isə əldə etməsi mümkün deyil. Bu, doğru yanaşmadır. Diasporun, ya da Rusiyanın maraqlarına uyğun davranmaq Ermənistan üçün nə isə vəd etmir. Bunu xalq da anlayır. Üstəlik, Azərbaycan artıq güclüdür. Xüsusilə, Bakı- Tbilis- Ceyhan boru kəməri rəsmi Bakının əlini xeyli gücləndirib".
Ekpsert söyləyib ki, erməni müxalifəti, kilsə seçkilərə qarşı çıxa bilər: "Amma ölkədə iqtisadi böhran var. Bu baxımdan Türkiyə və Azərbaycan çiyin- çiyinə olduqca erməni xalqı ac qalar, əhalinin narazılığı artar. Bu isə Ermənistan üçün məğlubiyyət deməkdir. Paşinyan strategiyası budur: mən Rusiyanın maşası deyiləm və Azərbaycanla gərginlik, Türkiyə ilə münaqişə mənasızdır. O, yaxşı qonşuluğun, iqtisadi əlaqələrin tərəfdarıdır. Ermənistan kiçik ölkədir. Ona görə də Paşinyan bilir ki, başqa şansı yoxdur. Rusiya ilə müharibə etmədən də Avropa və Türkiyə ilə münasibətləri inkişaf etdirmək mümkündür. Mən regionda münasibətlərin inkişaf edəcəyini, sabitliyin təmin olunacağına, Türkiyənin də bu kontekstə ERmənistanda sərhədi açacağına inanıram".
10:51 09.06.2026
Oxunuş sayı: 57