Çindən gözlənilməz addım: Pekin Moskvanı Kiyevə dəyişir
Ukrayna cəbhəsində illərdir davam edən geosiyasi durğunluq, görünən odur ki, Pekindən gələn gözlənilməz və sarsıdıcı bir gedişlə tamamilə alt-üst olur. Bu günə qədər münaqişədə "neytral müşahidəçi" statusunu qorumağa çalışan və hər fürsətdə beynəlxalq hüququ xatırladan Çin, bu dəfə masaya sadəcə bəyanatlarla deyil, müharibənin bütün gedişatını və xəritəsini dəyişdirəcək tarixi bir təkliflə daxil olur. Sülhün açarının Pekində olduğunu bilən dünya, indi Si Cinpinin Vladimir Zelenskiyə etdiyi o sensasiyalı zəngin pərdəarxasını və Kremllə münasibətlərdə yaranan yeni çatları müzakirə edir.
Məsələ ilə bağlı politoloq Şakir Ağayev Crossmedia.az-a açıqlama verib:

"Sözsüz ki, Çin əvvəldən deyir ki, biz Ukrayna-Rusiya müharibəsində tərəf tutmuruq. Və Çin əvvəldən qeyd edib ki, biz beynəlxalq hüquq çərçivəsində, BMT-nin nizamnaməsi çərçivəsində məsələnin diplomatik yolla həll edilməsinin tərəfdarıyıq. Biz bununla Çinin mövqeyindən bir daha görmüş oluruq ki, Çin üçün BMT-nin prinsipləri əhəmiyyətlidir.
Bilirik ki, Çin əvvəllər bu münaqişənin diplomatik yolla həllində təşəbbüskar dövlət kimi çıxış edirdi və bir sıra təkliflər irəli sürmüşdü. Müharibə başlayanda Çinin xarici işlər nazirliyinin nümayəndəsi həm Rusiyaya, həm Ukraynaya səfər etmişdi.
Çox təəssüflər olsun ki, onların təşəbbüsü yarımçıq qalmışdı, nəticə verməmişdi. Ən çox ona görə ki, Ukrayna tərəfi qəbul etmirdi, elə bilirdi ki, Çin tərəf tutan dövlətdir.
Buna görə də sözsüz ki, Çin bu addım ilə bir daha sübut edir ki, həm beynəlxalq hüququ, həm də BMT tərəfindən tanınan ərazilərin bütövlüyünü tanıyır".
Turqut Ansari
19:06 08.06.2026
Oxunuş sayı: 55