Azərbaycan və Serbiya idman sahəsində əməkdaşlığı genişləndirəcək
Azərbaycan və Serbiya arasında idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Crossmedia.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr Serbiya Respublikasının idman naziri Zoran Qayiçin Azərbaycana səfəri və Fərid Qayıbovla görüşü zamanı baş tutub.
Görüşdə təcrübə mübadiləsinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və beynəlxalq platformalarda əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
18:58 08.06.2026
Oxunuş sayı: 41