Cəlilabad sakinini iş zamanı ilan sancıb
Cəlilabad rayon sakinini ilan sancıb.
Crossmedia.az bildirir ki, hadisə rayonun Məlikqasımlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 30 yaşlı Vasif Yəhyayev əkin sahəsində maşına ot bağlaması yükləyən zaman otun içində olan ilan onu qolundan sancıb.
Rayon xəstəxanasına çatdırılan V. Yəhyayevin səhhətinin orta-ağır olduğu bildirilir.(Report)
23:36 07.06.2026
Oxunuş sayı: 52