Çövkən üzrə 2-ci Dünya Çempionatının növbəti oyunları keçirilib
Çövkən üzrə 2-ci Dünya Çempionatının növbəti oyunları keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Türkiyə və Polşa milli komandaları arasında baş tutan görüş Polşa millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün sonunda isə Nigeriya və Uruqvay milli komandaları qarşılaşıb, Uruqvay millisi rəqibini 2:0 hesabı ilə məğlub edib.
Beləliklə, Polşa və Uruqvay milli komandaları turnirdə ilk qələbələrini qazanıb.
Bildirək ki, Bakı şəhərində keçirilən çövkən üzrə 2-ci dünya çempionatının ilk oyununda Azərbaycan millisi 4:2 hesabı ilə Özbəkistanı məğlub edib.
21:36 07.06.2026
Oxunuş sayı: 60