Baş vermiş insidentlə bağlı yeddi nəfər saxlanılıb - YENİLƏNİB
Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində baş verən insident iştirakçılarından yeddi nəfər saxlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, faktla bağlı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
20:53
Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində insident baş verdiyinə dair bağlı polisə müraciət daxil olub.
Crossmedia.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, müraciət əsasında araşdırma başlanılıb, hadisə yerinə baxış keçirilib, iştirakçıların izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib.
Müəyyən olunub ki, hadisə tərəflər arasında yaranmış mübahisə zəminində baş verib. Mübahisə zamanı iştirakçılar qarşılıqlı olaraq bir-birilərinə xəsarətlər yetiriblər.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Zığ qəsəbəsində kütləvi dava baş verdiyinə dair görüntülər yayılıb.
21:27 06.06.2026
Oxunuş sayı: 82