Azərbaycan millisi Avropa Liqasına məğlubiyyətlə başlayıb
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəyə məğlubiyyətlə başlayıb.
Crossmedia.az xəbər verir ki, Boris Qrebennikovun baş məşqçisi olduğu kollektiv İsveçdə Yunanıstan yığması ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 3:0 (20:25, 22:25, 7:25) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komanda növbəti matçını sabah ev sahibi İsveçə qarşı keçirəcək.
19:37 06.06.2026
Oxunuş sayı: 47