Beynəlxalq Voleybol Federasiyasının seminarı başa çatıb
Bakıda Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə keçirilən Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level-2 məşqçi seminarı başa çatıb.
Crossmedia.az AVF-yə istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində və AVF-nin idman zalında keçirilən kursda 60-a yaxın iştirakçı olub.
Təlimlər iki qrup şəklində təşkil olunub. Birinci qrup üzrə məşğələlər 25-29 may, ikinci qrup üzrə isə 1-5 iyun tarixlərində keçirilib.
Təlimlərdə Azərbaycanla yanaşı, Türkiyə, Avstraliya, Kipr, İran, Hindistan, Ukrayna, İsrail və Belarusdan olan məşqçi və mütəxəssislər iştirak ediblər.
FIVB-nin məşqçi-instruktoru, professor Cengiz Akarçeşmenin rəhbərlik etdiyi kurs nəzəri və praktiki məşğələlərdən ibarət olub. Seminarın sonunda keçirilən imtahanlarda yüksək nəticə göstərən iştirakçılara FIVB-nin Level-2 beynəlxalq sertifikatı təqdim edilib.
22:30 05.06.2026
Oxunuş sayı: 49