Azərbaycan qazının Ukrayna üzərindən nəqli planlaşdırılır
Çexiya Azərbaycan qazı və neftinin Ukrayna ərazisi vasitəsilə nəqlinin təşkilində maraqlı olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Andrey Babiş Monteneqroda jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, məsələ may ayında İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə müzakirə olunub.
Babiş qeyd edib ki, Zelenski belə bir tranzitin mümkün ola biləcəyini bildirib.
21:33 05.06.2026
Oxunuş sayı: 46