Elşad Quliyev: Avropa çempionu olsaq da, tempi aşağı salmaq istəmirik
Azərbaycan minifutbol millisinin baş məşqçisi Elşad Quliyev komandanın Avropa çempionatında qazandığı növbəti uğurdan sonra da tempini aşağı salmaq niyyətində olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında çempionat ərzində çətin oyunlar keçirdiklərini, lakin buna baxmayaraq qələbə qazanaraq ikinci dəfə Avropa çempionu olduqlarını deyib.
"Çox çətin oyun keçirdik, amma buna baxmayaraq qalib gəldik. Artıq ikinci dəfədir ki, Avropa çempionu olmuşuq. İstəmirəm ki, bundan sonra tempimizi aşağı salaq", – baş məşqçi qeyd edib.
E.Quliyev komandanın gərgin təlim-məşq toplanışlarından sonra yorğun olmasına baxmayaraq, yüksək əhval-ruhiyyə və əzmkarlıq sayəsində hədəfə çatdığını vurğulayıb.
"Komanda gərgin təlim-məşq toplantılarından sonra yorulsa da, ruh yüksəkliyi və əzmlə qələbəni əldə etdik. Bundan sonrakı oyunlara da məsuliyyətlə yanaşacağıq", – o əlavə edib.(Report)
20:45 05.06.2026
Oxunuş sayı: 43