Oğuzda qəza baş verib, xəsarət alanlar var
Oğuzda qəza baş verib, xəsarət alanlar var.
Crossmedia.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Calud kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "KİA" və VAZ-21012" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ" da olan Bərdə rayon sakinləri 39 yaşlı Məzahir Şahnamazov və 30 yaşlı Məmi İmanov xəsarət alıblar.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.(Report)
20:18 05.06.2026
Oxunuş sayı: 51