Zəngəzur dəhlizi açılır, region üçün yeni imkanlar yaranır - Sabiq nazir danışdı
ABŞ Dövlət katibi Marko Rubionun TRIPP (“Tramp marşrutu”) layihəsinin Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacağı ilə bağlı açıqlaması regionda yeni geosiyasi və iqtisadi perspektivlərlə bağlı müzakirələri yenidən gündəmə gətirib. Rubio qeyd edib ki, TRİPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq. Vaşinqtonun bu təşəbbüsə verdiyi diqqət Cənubi Qafqazda nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsi, regional inteqrasiyanın güclənməsi və uzunmüddətli sabitlik baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bəs TRIPP layihəsi siyasi baxımdan Azərbaycan və Ermənistan üçün hansı imkanları yarada bilər və regiondakı qüvvələr balansına necə təsir göstərə bilər?

Mövzu ilə bağlı keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Crossmedia.az-a açıqlama verib:
“Zəngəzur dəhlizinin açılması siyasi baxımdan regiona stabillik və təhlükəsizlik gətirəcək. Əgər iqtisadiyyat güclənsə, əlaqələr düzəlsə və Zəngəzur dəhlizi çalışsa, bu, regiona inkişaf gələcək. Əməkdaşlıqlar genişlənəcək. Əməkdaşlıqlar genişləndikdə isə təhlükəsizlik yaranacaq. İqtisadiyyat inkişaf etdikdə siyasətçilər düşünürlər ki, hərəkət etmək lazımdır”.
Ayhan
18:02 05.06.2026
Oxunuş sayı: 58