Azərbaycan trek velosipedi millisi Slovakiyada beynəlxalq turnirdə iştirak edəcək
Azərbaycanın trek velosipedi üzrə millisi Slovakiyanın Presov şəhərində təşkil olunacaq "GP Presov" beynəlxalq yarışında iştirak edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasından bildirilib.
Baş məşqçi Vladimir Buşanski və böyük məşqçi Elçin Qasımovun rəhbərlik etdiyi heyətdə Tural İsrafilov, Maksim Trendelyov (hər ikisi U-23), Rəhim Nağıyev, Çingiz İsayev, Murad Nadirov, Nihad Xudoyev (hamısı gənclər) və Viktoriya Sidorenko yer alıblar.
Qeyd edək ki, bu turnir ölkə təmsilçisinin iyulda Almaniyada keçiriləcək Avropa çempionatına hazırlıq prosesinin davamıdır.
11:12 05.06.2026
Oxunuş sayı: 41