“Ailəm – mənim dəyərim” layihəsi çərçivəsində sonuncu təlim həyata keçirildi
"Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ailəm – mənim dəyərim” layihəsi çərçivəsində sonuncu təlimini həyata keçirildi. Təlim Zərdab şəhər H.B.Zərdabi adına 1 nömrəli liseydə 30 şagirdin iştirakı ilə təşkil olundu. İştiakçılara papka, dəftər, qələm, buklet paylandı.
Layihə rəhbəri Vəfa Xəlilli donor və təşkilat haqqında iştirakçılara məlumat verib. Təlimçi Kəmalə Xəlilli şagirdlərlə görüş keçirərək ailə dəyərlərinin əhəmiyyəti və Azərbaycan ailə modelinin əsas prinsipləri barədə ətraflı məlumat verib.
Tədbir zamanı iştirakçıların diqqətinə çatdırılıb ki, ailə cəmiyyətin əsas dayaqlarından biri olmaqla yanaşı, sağlam və möhkəm ailə münasibətlərinin formalaşmasında qarşılıqlı hörmət, sevgi, etimad və anlayış mühüm rol oynayır.
Görüş çərçivəsində valideyn–övlad münasibətləri, ailədaxili ünsiyyət mədəniyyəti, məsuliyyət hissinin aşılanması, eləcə də ailə üzvlərinin bir-birinə göstərdiyi mənəvi dəstəyin əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Şagirdlərin sualları cavablandırılıb, onların mövzu ilə bağlı fikirləri dinlənilib və ailə institutunun qorunmasının vacibliyi vurğulanıb.
Layihənin əsas məqsədi şagirdlərdə ailəyə sevgi, hörmət və birlik kimi dəyərlərin formalaşdırılması, valideyn–övlad münasibətlərinin daha sağlam müstəvidə inkişafına dəstək göstərilməsi və cəmiyyətdə ənənəvi ailə institutunun möhkəmləndirilməsidir.
18:13 04.06.2026
Oxunuş sayı: 54