Tovuz rayonunda ölümlə nəticələnən ağır qəza baş verib
Tovuz rayonunda ölümlə nəticələnən ağır qəza baş verib.
Crossmedia.az xəbər verir ki, qəza rayonun Dönük Qırıqlı kəndi ərazisində qeydə alınıb.
"VAZ-2106" və "Mitsubishi Pajero" markalı avtomobillər toqquşub. Qəza nəticəsində "VAZ-2106"nın sürücüsü hadisə yerində həyatını itirib.
Hadisə zamanı sərnişinlərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.(Report)

22:55 03.06.2026
Oxunuş sayı: 46