“Ailəm – mənim dəyərim” layihəsi çərçivəsində şagirdlərlə görüş keçirildi
“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ailəm – mənim dəyərim” layihəsi çərçivəsində təlim həyata keçirilib. Təlim Zərdab şəhər H.Aslanov adına 3 saylı tam orta məktəbin 30 şagirdinin iştirakı ilə təşkil olundu. İştirakçılara papka, dəftər, qələm, buklet paylandı.
Layihə rəhbəri Vəfa Xəlilli donor və təşkilat haqqında iştirakçılara məlumat verib. Təlimçi Kəmalə Xəlilli şagirdlərlə söhbət apararaq ailə dəyərlərinin əhəmiyyətini və Azərbaycan ailə modelinin əsas prinsiplərini onların diqqətinə çatdırıb.
Tədbir çərçivəsində iştirakçılara ailənin cəmiyyətin təməl dayaqlarından biri olduğu, ailənin sağlam və möhkəm olmasında qarşılıqlı hörmətin, sevginin, etimadın və anlayışın mühüm rol oynadığı barədə məlumat verilib. Təlim zamanı valideyn–övlad münasibətləri, ailədaxili ünsiyyət mədəniyyəti, məsuliyyət hissi və ailə üzvlərinin bir-birinə göstərdiyi dəstək kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Layihənin əsas məqsədi şagirdlərdə ailəyə sevgi, hörmət və birlik kimi dəyərlərin formalaşdırılması, valideyn–övlad münasibətlərinin daha sağlam müstəvidə inkişafına dəstək göstərilməsi və cəmiyyətdə ənənəvi ailə institutunun möhkəmləndirilməsidir.
18:11 03.06.2026
Oxunuş sayı: 47