ABŞ Rusiyanın neft sektoruna qarşı birtərəfli sanksiyalarının dayandırılmasını yeniləməyi istisna etmir
ABŞ administrasiyası Rusiyanın neft sektoruna qarşı birtərəfli sanksiyalarının dayandırılmasını yeniləməyi istisna etməyib.
Crossmedia.az TASS-a istonadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
“Nəticə etibarilə, bu qərarı verən ABŞ Maliyyə Nazirliyidir. Amma sizə deyim ki, bu, həmin məqamdakı şəraitdən asılıdır”, - deyə o bildirib.
Rubio, həmçinin qeyd edib ki, Vaşinqtonun Rusiyanın neft sektoruna qarşı siyasəti sanksiyaları qorumaqdır. “Biz buna (imtinaların verilməsinə – TASS) ən qısa zamanda son qoymaq istərdik, çünki həmin ölkənin əsas siyasəti öz neftinə sanksiya qoymaqdır”, - deyə Rubio Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində bildirib.
19:23 02.06.2026
Oxunuş sayı: 43