Milli Kibertəhlükəsizlik Agentliyi şəxsi məlumatların qanunsuz istifadəsinə dair şikayətləri araşdıracaq
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) fərdi məlumatların qanunsuz toplanılması, işlənilməsi və mühafizəsinin təmin edilməməsi nəticəsində hüquqları pozulmuş subyektlərin şikayətlərinə baxacaq və onları araşdıracaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan MKA-nın Nizamnaməsində qeyd olunub.
Nizamnaməyə əsasən Agentlik fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə məşğul olan dövlət orqanlarından (qurumlarından), hüquqi və fiziki şəxslərdən "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması hallarının aradan qaldırılmasını tələb etməlidir.
Həmçinin dərdi məlumatların mülkiyyətçi və operatorlarının sifarişlərinə əsasən fərdi məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin təşkilati və texniki cəhətdən normativ hüquqi aktların tələblərinə uyğun aparılmasının auditini həyata keçirməlidir.
15:04 02.06.2026
Oxunuş sayı: 55