5 yaşlı uşaq su anbarında boğularaq ölüb
Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə Uzuntəpə kəndində qeydə alınıb.
Belə ki, sakin, 5 yaşlı O.Zamanov kənd ərazisində olan su anbarına düşərək boğulub.
Mərhumun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.(Report)
23:00 01.06.2026
Oxunuş sayı: 47