Azərbaycanın basketbol millisi Dünya Kubokuna qələbə ilə başlayıb
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Polşanın paytaxtı Varşavada keçirilən Dünya Kubokuna qələbə ilə başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Yığma qrup mərhələsindəki ilk matçında Madaqaskarı 21:13 hesabı ilə məğlub edib.
Azərbaycan millisi qrupda növbəti görüşünü bu gün, Bakı vaxtı ilə saat 22:20-də Niderlanda qarşı keçirəcək.
21:08 01.06.2026
Oxunuş sayı: 43