Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasında iki medal qazanıb
Azərbaycanın çimərlik güləşçiləri Xorvatiyanın Poreç şəhərində keçirilən Dünya Seriyasının II mərhələsində iki medal qazanıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
80 kq-da Sahib Dadaşov gümüş, Vüsal Əliyev isə bürünc medal qazanıb.
İslam İlyasov (+90 kq) dördüncü, Əşrəf Aşırov (90 kq) beşinci, Rübail İbrahimli (70 kq) isə doqquzuncu yeri tutub.
Yarışda I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.
14:57 01.06.2026
Oxunuş sayı: 45