Vüsal Nəsirli yeni müdir müavini təyin edib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni təyinat olub.
Crossmedia.az xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.
Əmrə əsasən, Həsən Namiq oğlu Babayev qurumun Maliyyə və İqtisadiyyat şöbəsinin müdir müavini təyin edilib.
Qeyd edək ki, H.Babayev bundan əvvəl Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Maliyyə departamentinin Maliyyə Nəzarəti və Hesabatlılıq şöbəsinin müdiri olub. (Unikal)
14:03 01.06.2026
Oxunuş sayı: 48