Azyaşlı qız faciəli şəkildə ölüb
Bakıda azyaşlı qız binadan yıxılaraq ölüb.
Crossmedia.az xəbər verir ki, hadisə mayın 30-da paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki binada baş verib.
2015-ci il təvəllüdlü qız həmin ünvanda binanın 7-ci mərtəbəsində, yaşadığı mənzilin balkonunda olarkən ehtiyatsızlıqdan yıxılıb. O, hadisə yerində ölüb.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
14:23 01.06.2026
Oxunuş sayı: 48