İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək
Dəmir yolu və avtomobil yolu infrastrukturuna investisiya qoymaqla nəqliyyat üçün yeni dəhlizlər açırıq.
Crossmedia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.
Şərq-Qərb Dəhlizi uğurla fəaliyyət göstərdiyini xatırladan dövlət başçısı qeyd edib:
"Şərq-Qərb dəhlizinin digər bir qolu olacaq Zəngəzur dəhlizi avqustun 8-də (2025-ci il – red.) Ağ Evdə ABŞ Prezidenti, Ermənistanın Baş naziri və mənim aramda imzalanmış sənədə əsasən mütləq inşa ediləcək".
11:09 01.06.2026
Oxunuş sayı: 48