Avropa çempionatı: Azərbaycan minifutbol millisi 1/8 final oyununa çıxır
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında bu gün növbəti oyununu keçirəcək.
Crossmedia.az xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi komanda 1/8 finalda Qazaxıstan seçməsi ilə qarşılaşacaq. "Tipos Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, bu cütün qalibi 1/4 finalda Çexiya - Monteneqro duelinin güclüsü ilə üz-üzə gələcək.
10:03 01.06.2026
Oxunuş sayı: 46