AZAL Gəncə - Sankt-Peterburq uçuşlarını bərpa edib
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Gəncə - Sankt-Peterburq - Gəncə marşrutu üzrə mövsümi uçuşları bərpa edib.
Crossmedia.az xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
"Gəncədən təyyarə bu gün (dünən-red) Bakı vaxtı ilə saat 16:20-də Sankt-Peterburqa yola düşüb. Reyslər həftədə bir dəfə, şənbə günləri yerinə yetiriləcək", - AZAL-dan qeyd olunub.
Aviaşirkət xatırladıb ki, bu istiqamətdə uçuş sonuncu dəfə 2025-ci il yayın sonlarında həyata keçirilib. Onun bərpası yay turizm mövsümünün başlanması ilə əlaqədardır.
09:17 31.05.2026
Oxunuş sayı: 59