Azərbaycan boksçuları Batumidə beynəlxalq turnirdə 5 medal qazanıb
Gürcüstanın Batumi şəhərində keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycan millisi məşqçi Elbrus Rzayevin rəhbərliyi altında yarışda 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.
Komandamızın heyətində Bilalhəbaşi Nəzərov (50 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Kənan Nəcəfov (+90 kq) gümüş, Tayfur Əliyev (60 kq), Əli Abdullayev (65 kq) və Abbasqulu Şadlinski (75 kq) isə bürünc medala sahib olub.
19:48 28.05.2026
Oxunuş sayı: 34