Göyçay sakinini ilan sancıb
Göyçayda kişini ilan sancıb.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Şəkər kəndində qeydə alınıb.
Kənd sakinlərinin sözlərinə görə, mal otaran zaman 1972-ci il təvəllüdlü Eldar Ağasəf oğlu Əliyevi ilan sancıb.
Sakinlərin köməyi ilə o, xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
E. Əliyevin hazırda müalicə aldığı bildirilir.(APA)
23:15 27.05.2026
Oxunuş sayı: 45