Makron ölkəsinin Cənubi Qafqazda sabitliyin qorunmasına dəstəyini ifadə edib
Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Cənubi Qafqazda sabitliyin qorunmasına dəstəyini ifadə edib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə 28 May- Müstəqillik Günü münasibətilə Prezidenti İlham Əliyevə təbrik məktubunda bildirib.
"Regionun bütün xalqlarının rifahı naminə yeni bir səhifə açmağa imkan verəcək Ermənistan və Azərbaycan arasında sülh prosesinin davam etdirilməsinə və başa çatdırılmasına Fransanın tam dəstəyini bir daha vurğulamaq istərdim", - Makron qeyd edib.
18:23 26.05.2026
Oxunuş sayı: 49