Faciəli şəkildə həlak olan baş konsulun cənazəsi Azərbaycana gətirilib - FOTO
Azərbaycanın Təbrizdəki baş konsulu Ramil İmranovun cənazəsi ölkəmizə gətirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.
O bildirib ki, mərhumun cənazəsi Göyçay rayonunda dəfn olunacaq.
Qeyd edək ki, R.İmanov Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə qəzaya düşərək həlak olub. (Oxu.az)

13:53 25.05.2026
Oxunuş sayı: 49