AFFA-nın Apellyasiya Komitəsinin iclası keçirilib
Bu gün AFFA-nın Apellyasiya Komitəsinin iclası keçirilib.
Crossmedia.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir.
İclasda "Ağdaş" klubu tərəfindən daxil olmuş apellyasiya müraciətinə ("Ağdaş"a Lisenziya Komissiyasının 08.05.2026-cı il tarixli qərarına əsasən, II Liqa yarışlarında iştirak etmək üçün lisenziyanın verilməməsi məsələsi ilə bağlı) və klub tərəfindən təqdim olunmuş əlavə sənədlərə baxılıb. Müzakirələrdən sonra adıçəkilən kluba 2026/2027 mövsümündə II Liqa yarışlarında iştirak etməsi üçün lisenziyanın verilməsi qərara alınıb.
21:55 21.05.2026
Oxunuş sayı: 118