İcraçı direktor: Biz WUF13 -ü bu sualla tərk edəcəyik
Urbanizasiya kənd təsərrüfatı potensialını azaldır.
Crossmedia.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudiya Rossbax Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olunmuş tədbirdə bildirib.
O, əlavə edib ki, iqlim dəyişiklikləri də birbaşa urbanizasiyadan qaynaqlanır. Biz indi mümkün öhdəliklərə baxaraq gələcəyimizi planlaşdırmalıyıq. Torpaqlar məhduddur, biz onların ekoloji funksiyasını və iqtisadi potensialını nəzərə almalıyıq. Biz urbanla bağlı yeni gündəlik hazırlamalıyıq. Bu gündəlik sənayeni əlverişli edəcək. Təbii ki, bunlar asan məsələlər deyil. Yoxsul insanları da nəzərə almaq lazımdır ki, onlar da şəhərə köçmək istəyir. Və biz karbon emissiyalarını azaltmalı, tikinti matetialları üzərində çalışmalıyıq. Bu barədə BMT-də də çalışmalar davam edir. Biz WUF13 ü bu sualla tərk edəcəyik ki, biz tikinti matetiallarını necə hazırlamalıyıq.
Ayhan
10:26 20.05.2026
Oxunuş sayı: 90