I Liqanın qalibi olan "Şəfa" mükafatlandırılacaq
Azərbaycan I Liqasında 2025/2026 mövsümünün qalibi olan "Şəfa" komandası mükafatlandırılacaq.
Crossmedia.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, mükafatlandırma mərasimi mayın 22-də XXVII turun "Zaqatala" – "Şəfa" oyunundan sonra gerçəkləşəcək.
Binə qəsəbə stadionunda baş tutacaq qarşılaşmanın ardından mükafatçılar təltif olunacaq, qalibə kubok təqdim ediləcək.
22:20 18.05.2026
Oxunuş sayı: 57