ABŞ-dən Rusiyaya mühüm jesti: Vaxtı uzaadır
ABŞ Maliyyə Nazirliyi dəniz yolu ilə daşınan Rusiya neftinə qarşı sanksiya güzəştini uzatmaq qərarına gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.
Qeyd olunub ki, əvvəlki güzəşt 16 may şənbə günü başa çatıb.
Qərar bir neçə ölkənin Rusiya neftini almaq üçün əlavə vaxt tələb etməsindən sonra verilib.
Mənbə əlavə edib ki, yeni güzəşt 30 gün müddətində qüvvədə olacaq.
ABŞ Maliyyə Nazirliyinin qərarı digər ölkələrə ABŞ sanksiyalarına məruz qalan Rusiya neftini ikinci dərəcəli ABŞ məhdudiyyətlərinə məruz qalma riski olmadan almağa davam etməyə imkan verir. Neft satışından əldə edilən gəlirin Rusiyanın Ukrayna ilə davam edən müharibəsinin əsas maliyyə mənbələrindən biri olduğu məlumdur.
"Reuters" qeyd edir ki, ABŞ "qara qızıl"ın çatışmazlığını aradan qaldırmaq və qlobal qiymətlərini aşağı salmaq üçün sanksiya tətbiq edilmiş Rusiya neftinin alınmasına icazə verib. Lakin jurnalistlər qeyd edirlər ki, bu addım ABŞ-da benzin qiymətlərinə az təsir göstərib.
21:09 18.05.2026
Oxunuş sayı: 41