Aİ səfiri: Rusiya- Ukrayna müharibəsini bitirməyin vaxtı çatıb
Rusiyanın müharibədən imtina edib hərbi əməliyyatları dayandırmağa razılaşmasının vaxtı gəlib çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Ukraynadakı səfiri Katarina Maternova "Feysbuk"da yazıb.
Maternovanın qeyd edib ki, Ukrayna son aylarda Rusiya ərazisinin dərinliklərindəki hərbi hədəflərə hücumlarını əhəmiyyətli dərəcədə artırıb: "Xüsusilə, Putinin (RED: Kreml rəhbəri Vladimir Putin) müharibə planlarını dəyişdirmək ümidi ilə Ukrayna 16-17 may gecəsi Moskvaya ən güclü hücumlarından birini həyata keçirib".
Diplomat qeyd edib ki,"Rusiya Ukraynanı döyüş meydanında məğlub etmək iqtidarında deyil: "Rusiyanın hərbçiləri, motivasiyası və dözümlülüyü tükənir. Cəbhə xəttində məğlub olduğu üçün mülki əhaliyə hücumlarını gücləndirir".
Misal olaraq, o qeyd etdi ki, dünən gecə Rusiya Ukraynaya qarşı 14 ballistik raket, 8 qanadlı raket və 524 dron atıb.
"Rusiya sürətlə itirir. Ukrayna güclü müqavimət göstərməyə başlayır. Moskva, nəhayət başa düşməlidir ki, bu müharibəyə son qoymağın vaxtı gəlib çatıb. Amma Kremlin diktə etdiyi şərtlərlə yox. Amma hər iki tərəfin qəbul edə biləcəyi şərtlərlə. Rusiya, bunu başa düşürsənmi?" - Maternova vurğulayıb.
Qeyd edək ki, "The Washington Post" analitikləri Putinin Ukraynadakı müharibənin "sona yaxınlaşdığı" barədə açıqlamasını Kremlin sülhə hazırlığı ilə deyil, Rusiya hakimiyyətinə artan daxili təzyiqlə əlaqələndirirlər.
20:58 18.05.2026
Oxunuş sayı: 58