Türkiyə MN EFES- 2026 təlimləri barədə: Müttəfiqlərə etibar, düşmənlərə qorxu
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin də iştirak etdiyi EFES-2026 beynəlxalq təlimlərindən yeni görüntülər paylaşıb.
Crossmedia.az xəbər verir ki, bu barədə qurumun "X" hesabında paylaşım edilib.
"Müttəfiqlərə etibar, düşmənlərə isə qorxu hissi oyadan Efes-2026 təlimi uğurla davam edir. Türkiyə Silahlı Qüvvələrimiz dənizdən quruya desant əməliyyatında sürət, koordinasiya və yüksək döyüş qabiliyyəti nümayiş etdirərək öz missiyasını uğurla yerinə yetirib", - paylaşımda bildirilib.
18:53 18.05.2026
Oxunuş sayı: 47