Azərbaycanın yeniyetmə cüdoçuları Rusiyada keçirilmiş turnirdə iki medal əldə ediblər
Azərbaycanın yeniyetmə cüdolçuları Rusiyanın Xabarovsk şəhərində Vasili Oşepkovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iki medal qazanıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Yarışda 5 idmançı ilə təmsil olunan komanda 1 qızıl və 1 bürünc medal əldə edib.
Polad Həsənli (81 kq) bütün görüşlərdən qalib ayrılaraq qızıl medala yiyələnib. Zaməddin Bağırov (66 kq) yarışı bürünc mükafatla başa vurub.
Turnirdə 13 ölkədən 300-dək cüdoçu mübarizə aparıb.
10:20 18.05.2026
Oxunuş sayı: 36