"Qarabağ" səfərdə "Qəbələ" ilə üz-üzə gəlib
Misli Premyer Liqasının XXXI turunda daha bir matç keçirilib.
Crossmedia.az xəbər verir ki, "Qarabağ" səfərdə "Qəbələ" ilə üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
"Qarabağ"ın heyətində 29-cu dəqiqədə Kadi Borges fərqlənib. "Qəbələ"dən İsmael Akinade 57-ci dəqiqədə rəqib qapısına yol tapıb.
Bu nəticədən sonra "Qarabağ" 63 xalla 2-ci pillədə qərarlaşıb. 21 xala malik "Qəbələ" isə 11-ci yerdədir.
Qeyd edək ki, turun ötən gün baş tutan görüşlərində "Kəpəz" son Azərbaycan çempionu "Sabah"ı (1:0) məğlub edib. "İmişli" - "Zirə" matçı isə qolsuz bərabərliklə başa çatıb.
Premyer Liqada XXXI tura mayın 10-da yekun vurulacaq.
19:04 09.05.2026
Oxunuş sayı: 42